“Atalar və oğullar” problemi hər zaman olub. Keçid dövründə bu daha da dərinləşdi. Bütün bunlara baxmayaraq müasir şair və yazıçılarımız yazıb-yaradırlar. Nəzərə almalıyıq ki, indiki oxucu başqadır. Vəziyyət getdikcə düzəlir, yeni kitablar yazılır və Azərbaycan dilində olan kitabların sayı artır” — deyə yazıçı bildirib.
Reyhan Yusifqızı hesab edir ki, Azərbaycanda uşaqlar üçün nəzərdə tutlan kitabların tərtibatının daha cəlbedici olması haqqında fikirləşmək lazımdır. “Bizim kitabların dizaynı geridə qalır. Azərbaycan dilində olan kitabların üz qabığı dizaynı dünya standartları ilə ayaqlaşa bilmir. Kitabın üz qabığı onun vizit kartıdır. Həmçinin, tərcümə kitablarındakı qüsürlarda bu sahədə olan problemlərdən biridir. Kitablar uşaqların həyatını bəzəyir. Biz onlara bunu verməliyik” — deyə yazıçı bildirib.