BAKI, 14 fev — Sputnik. Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, məcəllənin 22-ci maddəsinin birinci hissəsində "on" sözü "qırx doqquz" sözü ilə əvəz edilib.
Təklif olunan redaksiyada deyilir ki, bu məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək verilə bilər. Mövcud qanunda isə göstərilir ki, meşə fondu torpaqları 1 ildən 10 ilədək icarəyə verilə bilər.
Layihə səsə qoyularaq qəbul olunub.