BAKI, 14 fev – Sputnik. BMT İsveçrənin Cenevrə şəhərində fevralın 20-də keçirilməsi planlaşdırılan Suriya ilə bağlı müzakirələrin fevralın 23-də keçiriləcəyini açıqlayıb. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən xəbər verir.
Təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın sözçüsü Yara Şarif deyib ki, müzakirələrdə iştirak edəcək heyətlər fevralın 20-dək Cenevrəyə gələcək.
Şarif, 15-16 fevral tarixlərində Astanada keçirilməsi planlaşdırılan Suriya danışıqlarında Misturanın iştirak edib-etməyəcəyinin hələ dəqiqləşmədiyini, bu barədə hər hansı açıqlama verə bilməyəcəyini bildirib.