BAKI, 14 fev – Sputnik. İstanbuldakı Reina gecə klubu qətliamının planlayıcısı olan türk əsilli Fransa vətəndaşı A.Ş. Türkiyənin Burdur şəhərində polis basqını ilə həbs edilib. Sputnik Azərbaycan bu barədə Sözcü-yə istinadən məlumat verir.
Respublika Baş Prokurorluğundan verilən məlumata görə, onun üzərindən hadisəni törədən Abdulqadir Maşaripovun qaldığı evin koordinatları çıxıb.
A.Ş.-nin 2009-cu ildən bu yana Fransada yaşadığı, sadəcə son iki aydır Türkiyəyə gəldiyi bildirilib.