Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz ayrılmış 8 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Bakının Sabunçu və Qala, Abşeronun Qobu, Qusarın Samur, İmişlinin Qaragüvəndikli, Şamaxı rayonun II Cabanı və Keçməddin bələdiyyələrində ciddi qanun pozuntuları var

BAKI, 14 fev — Sputnik. 2016-cı ildə bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 8359 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub. Bələdiyyə mülkiyyətinə qaytarılmış torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artıb. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, qaytarılan torpaqlardan 7816 ha qanunsuz icarəyə, 205 ha isə qanunsuz xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub.

O, qeyd edib ki, inzibati araşdırma nəticəsində Bakı şəhəri Sabunçu və Qala bələdiyyələrində, Abşeron rayonu Qobu bələdiyyəsində, Qusar rayonu Samur bələdiyyəsində, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsində, Şamaxı rayonu II Cabanı və Keçməddin bələdiyyələrində daha ciddi qanun pozuntuları aşkarlanıb.

Xəbər lenti
0