Prezidentin qardaşı öldürüldü

© REUTERS / KCNAŞimali Koreya prezidenti Kim Çen İn
Şimali Koreya prezidenti Kim Çen İn - Sputnik Azərbaycan
Abunə olmaq
Malayziya polisi aeroport ərazisində bir nəfərin ölü olaraq xəstəxanaya aparıldığını təsdiqləsə də, onun kimliyi barədə dəqiq məlumat verməyib

BAKI, 14 fev – Sputnik. Şimali Koreya rəhbəri Kim Çen Inın qardaşı Kim Çon Nam Malayziyada qətlə yetirilib. O, bu ölkənin paytaxtı Kuala-Lumpurun hava limanında zəhərlənərək öldürülüb. Sputnik Azərbaycan bu barədə “Telegraph”a istinadən xəbər verir. 

Malayziya polisi hava limanının ərazisində bir nəfərin ölü olaraq xəstəxanaya aparıldığını təsdiqləsə də, onun kimliyi barədə dəqiq məlumat verməyib.

Qeyd edək ki, Kim Çon Nam Şimali Koreyanın sabiq prezidenti Kim Çen İrin böyük oğlu, ölkənin hazırki lideri Kim Çen Inın ögey qardaşıdır.

Xəbər lenti
0