CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Niyaziyə, Kikabidzeyə kostyum tikən dərzi: "Adamı arxadan vururlar"

© Sputnik / Irade JELILDərzi Etibar Əliyev
Dərzi Etibar Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Etibar Əliyev: "Əvvəlki sənət adamları nə istədiklərini bilir, bildiklərini də tələb edirdilər. İndikilər isə nə istədiklərini bilmirlər"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 fev — Sputnik. Əvvəllər toya, hansısa yığıncağa gedəndə, paltarı dərziyə tikdirərdilər. Hətta gündəlik geyim paltarlarını da dərziyə tapşırardılar. Elə buna görə də, bir zamanlar dərzilik ən pullu peşələrdən hesab edilirdi. Hamı çalışırdı ki, qızı heç olmasa dərziliyi öyrənsin. Kəndlərdə, elə şəhərin özündə də bir çox valideynlər qızlarını dərzilik kurslarına yazdırırdılar.

© Sputnik / Irade JELILTəcrübəli dərzi Etibar Əliyev: "Bəzən elə geyim istəyirlər ki, heç adamın bədən formasına yaraşmır".
Təcrübəli dərzi Etibar Əliyev: Bəzən elə geyim istəyirlər ki, heç adamın bədən formasına yaraşmır. - Sputnik Azərbaycan
Təcrübəli dərzi Etibar Əliyev: "Bəzən elə geyim istəyirlər ki, heç adamın bədən formasına yaraşmır".

Çünki həmin dövrlərdə ölkəyə bu qədər xarici məhsul idxal edilmirdi. Kimsə bahalı, gözəl libas almaq istəyirdisə, mütləq od qiymətinə əldən almalıydı. Buna gücü çatmayanlar isə dərzilərə üz tuturdular.

© Photo : E.Əzizovun arxiviEtibar Əliyevin müştəriləri arasında müğənni Elçin Əzizov (fotoda solda) və bəstəkar Nəriman Əzimov kimi məşhur sənətkarlar olub həmişə
Etibar Əliyevin müştəriləri arasında müğənni Elçin Əzizov (fotoda solda) və bəstəkar Nəriman Əzimov kimi məşhur sənətkarlar olub həmişə - Sputnik Azərbaycan
Etibar Əliyevin müştəriləri arasında müğənni Elçin Əzizov (fotoda solda) və bəstəkar Nəriman Əzimov kimi məşhur sənətkarlar olub həmişə

Etibar Əliyev də dərziliyə elə o vaxtlar başlayıb. Deyir ki, məktəbi bitirən kimi peşə məktəbinə daxil olub və bu sənəti öyrənməyə başlayıb. Əslən bakılı olan E. Əliyev, sonradan Yüngül Sənaye Texnikumunu bitirib. Dərzi kimi fəaliyyətinə isə Mədəniyyət Nazirliyinin atelyesindən başlayıb.

"O vaxtlar bizi təyinatla iş yerlərinə göndərirdilər. Mən həm işləyirdim, həm də təhsil alırdım. 1983-84-cü illərdə Mədəniyyət Nazirliyinin atelyesində işləməyə başladım. Həmin vaxtlar mədəniyyət-incəsənət xadimlərinin səhnə paltarlarını tikirdik. Dövlət buna görə bizə əmək haqqı verirdi" — deyir həmsöhbətimiz.

O, gənclik illərindən məşhur şəxslərlə çalışdığını bildirir: "Maestro Niyaziyə, Nəriman Əzimova dəfələrlə kostyum tikmişəm. İndi də bəzi məşhurlarla işləyirəm. Həmin vaxtlar Polad Bülbüloğlu "Aşıqlar" qrupunun rəhbəri idi. Maestro Niyazi, Nəriman Əzimov, Elçin Cəlilov, Oktay Ağayev və digər korifeylərlə çalışırdım".

© Sputnik / Irade JELILDərzi Etibar Əliyevin tikiş maşını.
Dərzi Etibar Əliyevin tikiş maşını. - Sputnik Azərbaycan
Dərzi Etibar Əliyevin tikiş maşını.

"Oktay Ağayev çox kaprizli insan idi. Qanı qara olanda nə versən, bəyənməzdi. Bir dəfə əsəbi vaxtında kostyumu əyninə geyib dedi: "Etibar, bunun çiyni arxaya qaçır bir az". Görürdüm ki, hər şey qaydasındadır. Dedim, "Oktay müəllim, səhər gəlib götürərsiniz". Mən heç vaxt əl işimi pozmuram. Əgər bir şeyi yaxşı kimi görürəmsə, deməli yaxşıdır. Səhəri gün gələndə dedim: "Oktay müəllim, sizin gözünüz almaz kimidir! 2 mm fərq var idi, düzəltdim". Kostyumu geyinib "Görürsən Etibar, mən səhv edə bilmərəm" dedi" — E. Əliyev danışır.

Həmsöhbətimizin sözlərinə görə, hazır kostyumlar çox olsa da, dərzinin fərdi qaydada tikdiyi kostyumlara üstünlük verənlər də az deyil: "Elə adam var ki, kostyumu alır, gətirir, söküb onun istədiyi kimi düzəldirəm. Bu iş zəncir kimidir. Biri üçün etdinsə, hamıya xəbər verirlər".

© Sputnik / Irade JELILTəcrübəli dərzi deyir ki, hazır kostyumlar geniş yayılsa da, fərdi qaydada tikilmiş geyimlərə üstünlük verənlər yenə də çoxdur
Təcrübəli dərzi deyir ki, hazır kostyumlar geniş yayılsa da, fərdi qaydada tikilmiş geyimlərə üstünlük verənlər yenə də çoxdur - Sputnik Azərbaycan
Təcrübəli dərzi deyir ki, hazır kostyumlar geniş yayılsa da, fərdi qaydada tikilmiş geyimlərə üstünlük verənlər yenə də çoxdur

"Əhsən Dadaşov, Gülağa Məmmədov kimi şəxslərə, hətta, 1985-i ildə Vaxtanq Kikabidze üçün də kostyum tikmişəm. Əli Mirəliyevlə isə indi də dostam, yenə gəlib-gedir. O da cavanlığında dərzi olub" — deyə xatırlayır.

E. Əliyev bildirir ki, əvvəlki sənət adamları nə istədiklərini bilir, bildiklərini də tələb edirdilər: "İndikilər isə nə istədiklərini bilmirlər. Bəzən elə geyim istəyirlər ki, heç adamın bədən formasına yaraşmır".

Dərzi kostyumu 150 manata tikir. Deyir ki, devalvasiya olsa da, qiymətləri qaldırmayıb: "Tikdiyim kostyumların qiyməti parçasından asılı olaraq dəyişir. Kostyumların tikilmə qiymətinə gəldikdə, baxır adamın imkanına. Əgər başqa iş olmasa, 2 günə hazır olur. İş çoxdursa, 7-10 gün də çəkə bilər. İndi dərzi çoxdur, amma onlar şalvar ətəyi qatlamaqdan başqa heç nə bacarmırlar".

"Devalvasiyadan qabaq 18 manat olan parça indi 30-40 manatadır" deyən dərzi bildirir ki, hətta ən xəsis adamlar belə, ondan pul əsirgəməyiblər: "Çalışıram, insanların xətrinə dəyməyim. Baxıram, insanın imkanına. Elə olub ki, heç pul almamışam. Bəzən olur ki, xarici istehsal olan bir kostyumu gətirirlər ki, bundan hazırla. Eynisini tikib verirəm. Amma etiket vurmuram. Bəlkə gələcəkdə öz adımı brendləşdirdim".

© Sputnik / Irade JELILE. Əliyev: "Devalvasiyadan qabaq 18 manat olan parça indi 30-40 manatadır"
E. Əliyev: Devalvasiyadan qabaq 18 manat olan parça indi 30-40 manatadır - Sputnik Azərbaycan
E. Əliyev: "Devalvasiyadan qabaq 18 manat olan parça indi 30-40 manatadır"

Etibar ustanın cəmi 3 tələbəsi olub. Deyir ki, daha tələbə götürmək istəmir. "Çünki ən yaxın tələbə belə, bir az inkişaf edən kimi adamı arxadan vurur" deyən ustanın hər iki övladı hazırda dərziliklə məşğuldur.

Xəbər lenti
0