BAKI, 14 fev — Sputnik. Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.
İclasda Milli Məclis komitəsinin üzvünün seçilməsinə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə, Meşə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılacaq. İkinci oxunuşda "Hərbi vəziyyət haqqında", "Məktəbəqədər təhsil haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.