QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan parlamentində Fransaya sərt etiraz

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Azay Quliyev: "Azərbaycanın diplomatik qurumları Fransaya etiraz notası verməlidir"

BAKI, 14 fev — Sputnik. Fransa prezidenti Fransua Ollandın erməni diaspor nümayəndələri ilə görüşündə dediyi "Xalqlar öz müqəddəratını həll etməlidir" ifadəsi ermənilərin işğalçılıq siyasətinə xidmət edir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında millət vəkili Azay Quliyev deyib.

Milli Məclisin iclası - Sputnik Azərbaycan
Milli Məclisin plenar iclası başlayıb

O bildirib ki, Fransa hər zaman Ermənistanı dəstəkləyib: "Ermənistanla ən sıx əlaqə quran dövlət Fransadır. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlər arasında çoxluq təşkil edənlər də Fransa vətəndaşlarıdır".

Millət vəkili təklif edib ki, Azərbaycanın diplomatik qurumları Fransaya etiraz notası versin. Parlament sədri Oqtay Əsədov isə cavab olaraq deyib ki, əslində Fransua Ollandın çıxışının mətni tam yayımlanmayıb.

"Fransa prezidentinin çıxışı tam yazılmayıb. Onun dedikləri erməni mətbuatından götürülüb, təhriflər var. Amma razıyam ki, Fransa prezidenti ərazi bütövlüyü məsələsinə toxunmayıb, orada Madrid prinsipinin adı çəkilsə də, ərazi bütövlüyü məsələsindən danışılmayıb" — spiker vurğulayıb.

Xəbər lenti
0