CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan bələdiyyələrə ittiham: "Vəsaiti başqa istiqamətə xərcləyirlər"

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: "Bələdiyyələrin sayı və tərkibi ixtisar olunmalıdır"

BAKI, 14 fev — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov bələdiyyələrin sayının və tərkibinin azaldılmasını təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili bələdiyyələrin sayının azaldılmalı olduğunu deyib: "Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir, kiçik bir kənddə 5-7 nəfər üzvü olur. Bunları birləşdirmək lazımdır".

S. Novruzov bildirib ki, bələdiyyələrə kifayət qədər status verilib: "Bələdiyyələr verilən səlahiyyətlərlə xeyli iş görə bilər. İndi də gec deyil. Onlar əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və s. salmaq əvəzinə vəsaiti başqa istiqamətə xərcləyirlər".

Millət vəkili qeyd edib ki, bələdiyyələr onlara verilən statuslara əsasən, çox iş görə bilərdi: "Xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir".

Xəbər lenti
0