BAKI, 14 fev — Sputnik. Ukraynalı müğənni, “Avroviziya-2016”-nın qalibi Camala bəyan edib ki, onun bütün dünyada məşhur olan “Ukraynanın səsi” beynəlxalq layihəsində Azərbaycan və erməni xalqını barışdırmaq şansı var.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ifaçı münsiflərdən birinin ona ünvanladığı Azərbaycan təmsilçisi Cavid Məmmədovdan sonra öz komandasına Ermənistandan olan müğənni Eva Voskanyanı necə qoşacağı barədə suala cavab verərkən bildirib.
“Bilirsən, mənim 20 ildən artıqdır münaqişədə olan iki xalqı barışdırmaq şansım var. Mənim komandamda artıq bir azərbaycanlı var, indi isə erməni qızı olacaq. Onlar bir-biriləri ilə ümumiyyətlə danışmırlar. Ola bilsin ki, bu, məhz həmin sülhməramlı layihə olacaq” – Camala deyib.