BAKI, 14 fev — Sputnik. Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2017-ci il yanvarın 1-nə 37 121,4 mln. ABŞ dolları təşkil edib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunun 89,29%-i və yaxud 33,147 mlrd. dolları Dövlət Neft Fondu (ARDNF), 10,71%-i və yaxud 3 974,4 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 833,4 mln. dollar və yaxud 7,09% azalıb. Son üç ayda ARDNF-in ehtiyatlarında 2 675,1 mln. dollar və yaxud 7,47%, AMB-nin ehtiyatlarında isə 158,3 mln. dollar və yaxud 3,83% azalma baş verib.
Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanın məcmu valyuta ehtiyatları 1 469,4 mln. dollar və yaxud 3,81% azalıb.