Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mağazaya “Molotov kokteyli” atdılar

© Sputnik / Andrey Stenin / Mediabanka keçidСтолкновения протестующих с милицией в центре Киева
Столкновения протестующих с милицией в центре Киева - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbulda naməlum şəxslər mağazaya “Molotov kokteyli” atıb

BAKI, 14 fev — Sputnik. İstanbulun Kağıthane bölgəsində üzü maskalı 5 naməlum şəxs mağazaya daxil olaraq “Molotov kokteyli” atıb.

Sputnik Azərbaycan-ın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, mağazada təşviş yaranıb, tüstülənmə nəticəsində 1 müştərinin halı pisləşib.

Maskalılar bundan sonra yolun kənarında dayanan avtomobilin altına səs qumbarası ataraq ərazini tərk ediblər. Maşına maddi ziyan dəydiyi bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. 

Xəbər lenti
0