Bu təşkilat ölkəni qana boyadı, yüzədək xəsarət alan var

© REUTERS / Wissm al-OkiliPartlayış
Partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Hücuma görə məsuliyyəti "Taliban" hərəkatının Pakistan qolu ilə əlaqəli "Camaat-ul-Əhrar" qruplaşması öz üzərinə götürüb

BAKI, 13 fev — Sputnik. Pakistanın Lahor şəhərində güclü partlayış baş verib. Partlayış nəticəsində 13 nəfər ölüb, 83 nəfər isə xəsarət alıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, polis insidenti terror aktı kimi qiymətləndirib.

Hücuma görə məsuliyyəti "Taliban" hərəkatının Pakistan qolu ilə əlaqəli "Camaat-ul-Əhrar" qruplaşması öz üzərinə götürüb.

Partlayış etiraz aksiyası zamanı baş verib. Üzərində partlayıcı qurğu olan şəxs motosikletini etirazçıların üzərinə sürüb. Aksiya iştirakçıları hökumətin dərman satışına dair qanunvericiliyə etdiyi dəyişikliklərə etiraz edirmişlər. 

Xəbər lenti
0