CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhidin 4 yaşlı oğlu düşməndən belə intiqam alacaq

© Sputnik / Leyla AbdullayevaŞəhid Fuad Qafarov
Şəhid Fuad Qafarov - Sputnik Azərbaycan
Abunə olmaq
"Əvvəllər bütün qohumlar Fuadı öz övladlarına nümunə göstərirdilər, indi isə bütün rayon camaatı onu nümunə göstərəcəklər"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 fev — Sputnik. Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Qafarov Fuad Fərhad oğlu dünən dəfn edilib. Fuad Qafarov 2017-ci il fevralın 11-də adını Azərbaycan şəhidləri sıralarına yazdırdı.

Fuad kimi oğlu itirmək hamımıza təsir etsə də, daha çox ailəsini, doğmalarını yandırıb yaxır. Şəhidimiz haqqında daha çox məlumat əldə etmək üçün onun doğulub böyüdüyü kəndə getdik.

© Photo : Qafarovlar ailəsinin arxiviŞəhid kiçik çavuş Fuad Qafarov
Şəhid kiçik çavuş Fuad Qafarov  - Sputnik Azərbaycan
Şəhid kiçik çavuş Fuad Qafarov

O, 1987-ci ildə Xaçmaz rayonunun Niyazoba kəndində anadan olub. Orta məktəbi də bu kənddə bitirib.

Evlərinə çatanda bizi ilk qarşılayan şəhid atası Fərhad Qafarov oldu. Başsağlığımızı qəbul edib, evə dəvət etdi.

© Photo : Qafarovlar ailəsinin arxiviFuad (fotoda: solda) məktəb illərində
Fuad (fotoda: solda) məktəb illərində - Sputnik Azərbaycan
Fuad (fotoda: solda) məktəb illərində

Ata oğlu ilə bağlı xatirələrini çətinliklə də olsa, belə anladır: "Fuad ailəmizin, eləcə də qohumlarımızın fəxri idi. İndi isə xalqımızın fəxridir. Uşaqlıqdan hərbiyə böyük maraq göstərirdi. Bir neçə dəfə fikrindən daşındırmaq istədim, amma fikrindən dönmədi".

"Həmişə qohumlarımız Fuadı övladlarına nümunə göstərirdilər. Çünki Fuad nə siqaret çəkirdi, nə də alkaqol qəbul edirdi. Həyətdə gördüyünüz daşlarla saxsı qablarla düzəldilmiş yerlər Fuadın əl işləridir. Rayonda, kənddə olmayan ağac, qeyri-adi güllər tapıb gətirib əkirdi" — ata danışır.

Fərhad Qafarov 2012-ci il mayın 12-də Fuada toy edib evinə gəlin gətirir: "İndi Fuadın təsəllisini 4 yaşlı oğlu Fəridə baxaraq tapıram. Yaxın günlərdə ikinci övladı dünyaya gələcək. Fuad balasını görmədən şəhid oldu (kişi göz yaşlarını saxlaya bilmir — L.A.)".

© Photo : Qafarovlar ailəsinin arxiviŞəhidin atası Fərhad Qafarov 2012-ci il ildə Fuada toy edir
Şəhidin atası Fərhad Qafarov 2012-ci il ildə Fuada toy edir - Sputnik Azərbaycan
Şəhidin atası Fərhad Qafarov 2012-ci il ildə Fuada toy edir

"Ailəcanlı idi. Mənim ürəyimdə problem olduğunu bilirdi. 3 gün əvvəl telefonla danışan zaman səhhətimlə maraqlandı. Dedi ki, "Bakıya get, yaxşı həkimə müayinə etdir". İşində həmişə məsuliyyətli olub. Hər dəfə telefonla danışanda deyirdi, "tabeçiliyimdə 9 nəfər əsgər var, onların hər birinə başımla cavabdehəm". Elə başından da vuruldu" — müsahibimiz fikrini bitirir.

© Sputnik / Leyla AbdullayevaŞəhidin 4 yaşlı oğlu Fərid
Şəhidin 4 yaşlı oğlu Fərid - Sputnik Azərbaycan
Şəhidin 4 yaşlı oğlu Fərid

Fuadın əmisi Səhrab Qafarov da qardaşı oğlunun şücaətindən danışır: "Fuad bizim döyünən ürəyimiz idi. Əvvəllər biz övladlarımıza onu nümunə göstərirdik, indi isə bütün rayon, kənd sakinləri övladlarına Fuadı nümunə göstərəcəklər. Tək təsəllimiz onun şəhid olmasıdır".

Ailənin digər övladı Murad anadan doğulan zamandan epilepsiyali iflic xəstəliyindən əziyyət çəkir. Şəhidimizin 4 yaşlı oğlu Fərid isə atasının intiqamını alacağını deyir. Uşaq "böyüyəndə kim olacaqsan" sualına qısaca belə cavab verdi: "Döyəcəm onları!"

Xəbər lenti
0