Sabah Milli Məclis toplanacaq

Abunə olmaq
Parlamentin plenar iclasının gündəliyinə 6 məsələ daxil edilib

BAKI, 13 fev — Sputnik. Fevralın 14-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçiriləcək. Parlamentdən Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasda Milli Məclis komitəsinin üzvünün seçilməsinə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə, Meşə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılacaq. İkinci oxunuşda "Hərbi vəziyyət haqqında", "Məktəbəqədər təhsil haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0