BAKI, 13 fev – Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərq ölkələrində səfərdədir.
O, səfərinin ilk dayanacağı olan Səudiyyə Ərəbistanında Kral Salman bin Əbdüləziz tərəfindən qəbul edilib.
Sputnik Azərbaycan ərəb mediasına istinadən xəbər verir ki, paytaxt Ər-Riyaddakı görüşdə beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi sahəsində BMT-nin göstərdiyi cəhdlər müzakirə edilib.
Quterreş Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr ilə də bir araya gəlib. Görüşdə regional məsələləri müzakirə ədilib.
Suriyadakı problemin həlli üçün İŞİD-lə mübarizə aparılmasının əhəmiyyətini vurğulayan Quterreş yekun nəticə üçün siyasi həll yolunun təmin edilməsinin vacibliyini bildirib.