BAKI, 13 fev — Sputnik. Bakı Nəqliyyat Agentliyi nəqliyyat sistemində bir ilkə imza ataraq, marşrut xətlərinin daşıyıcılara müvəqqəti istismara verilməsi ilə bağlı müsabiqə elan edib. Sputnik Azərbaycan-ın məlumatına əsasən, bu müsabiqənin marşrut şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, BNA-da aparıcı Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə brifinq keçirilib.
Brifinqdə BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov çıxış edərək, müsabiqənin keçirilmə qaydaları və şərtləri ilə bağlı ətraflı məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.