Xan Rəsuloğlu: “İngilis dilində oxuyanların sayı rus dilli oxucularla bərabərləşib”
Azərbaycanda hansı kitablar daha çox oxunur və satılır? Kitabçı Xan Rəsuloğlu deyir ki, bütün dünyada oxucular öz səviyyəsinə və zövqünə görə bölünür: “Bu, Azərbaycanda da belədir. Ölkəmizdə çox qəribə vəziyyət yaranıb ki, türk dilində ədəbiyyat kütləvi şəkildə yayılır. Gənclərimiz ədəbi dilimizi türk ədəbiyyatından öyrənirlər. Bu çox yanlış mövqedir”.
“Azərbaycanda rusdilli ədəbiyyat Azərbaycan dilində olandan kifayət qədər çoxdur. Buna baxmayaraq Azərbaycan dilli oxucularımız daha çoxdur. Hətta indi ingilis dilində oxuyanların sayı rus dilli oxucularla bərabərləşib”.