BAKI, 13 fev – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə bağlı bir xatirəsindən danışıb. Sputnik Azərbaycan bu barədə Milliyet-ə istinadən xəbər verir.
Suriyada vətəndaş müharibəsinin başladığı ilk aylarda dəfələrlə onunla telefonda danışdığını, öz adamlarını Dəməşqə göndərdiyini deyən Ərdoğan, sonuncu dəfə cümədən əvvəl Əsədə zəng vurduğunu söyləyib.
"Bəşər, bu gediş yaxşı deyil. Öz xalqına bombalar yağdırırsan. Tanklarla xalqının üzərinə gedirsən. Sabah cümədir. Bu başlanğıc olsun. Qoy vətəndaşların dinc şəkildə cümə namazı qılsın" dedim, amma qulaq asmadı” – Ərdoğan bildirib.