BAKI, 13 fev — Sputnik. Rusiya rublu güclənməkdə davam edir. Sputnik Azərbaycan-ın məlumatına görə, Moskva birjasında keçirilən alqı-satqı zamanı dollar 48 kopeyka (qəpik — red.) ucuzlaşaraq 57,96 rubl təşkil edib.
Beləliklə, rubl 2015-ci il 24 iyulundan bu yana ilk dəfə 58 rubldan aşağı düşüb. Avro isə 21 kopeyka geriləyərək 61,73 rubl olub.