BAKI, 12 fev — Sputnik. ABŞ-ın Lahayn şəhərində Birləşmiş Ştatlar və Almaniya tennis yığmaları arasında Federasiya Kuboku uğrunda görüşdən əvvəl Almaniyanın himni səsləndirilərkən maraqlı hadisə baş verib. Belə ki, təşkilatçılar bu ölkənin hazırkı deyil, Hitlerin dövründəki himnini səsləndiriblər.
Bu barədə Sputnik Azərbaycan Frans Press-ə istinadən məlumat verir.
Sözügedən himn İkinci dünya müharibəsindən sonra Almaniyada qadağan edilib.
ABŞ Tennis assosiasiyası (USTA) baş verənlərə görə azarkeşlərdən üzr istəyib.
"Bu bir daha təkrar olunmayacaq" — USTA-nın Twitter-dəki mikrobloqunda bildirilir.
— USTA (@usta) 11 февраля 2017 г.