BAKI, 12 fev – Sputnik. Bu görüntülər Kolumbiyanın paytaxtı Boqotada qeydə alınıb. Mindiyi avtobusdan oğurluq edən şəxs qaçmağa çalışarkən avtobusun qapısının arasında qalıb. Hadisədən xəbərsiz olanlar oğruya kömək eləmək istəyib. Ancaq avtobusda olanlar buna imkan verməyib.
Həmin şəxs layiq olduğu vəziyyətdə polis bölməsinə aparılıb.
Sputnik Azərbaycan Mynet-ə istinadən həmin videonu təqdim edir: