CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyadakı azərbaycanlı iş adamı Cocuq Mərcanlıya 3 milyon manat ayırdı

© AZƏRTACОсвобожденное от оккупации село Джоджуг Мерджанлы Джабраильского района, фото из архива
Освобожденное от оккупации село Джоджуг Мерджанлы Джабраильского района, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Füzuli Məmmədov: "“Dünya Azərbaycanlıları İttifaqı” erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir"

BAKI, 12 fev — Sputnik. Rusiyada yaşayan azərbaycanlı iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədov prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib. Sputnik Azərbaycan bu barədə Modern.az-a istinadən məlumat verir.

“Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq "Dünya Azərbaycanlıları İttifaqı" azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. “Dünya Azərbaycanlıları İttifaqı”, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq.

Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik” — Məmmədov bildirib.

Xəbər lenti
0