Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradılacaq

© Sputnik / Alexander ImedashviliGürcüstan parlamenti
Gürcüstan parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaz Naveriani: "Azərbaycan ilə dostluq qrupunun yaradılması əsas məqsədlərimizdəndir"

BAKI, 12 fev — Sputnik. Gürcüstan Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafında maraqlıdır. Tezliklə Gürcüstan parlamentində də Azərbaycan ilə dostluq qrupu yaradılacaq.

Bu sözləri Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev AZƏRTAC-a müsahibəsində söyləyib.

O deyib ki, doqquzuncu çağırış Gürcüstan parlamentində prosedur məsələlər artıq başa çatıb. Qanunlar paketi, xarici siyasət kursu və s. artıq həllini tapıb. Hazırda bir sıra məsələlər, o cümlədən Azərbaycan parlamenti ilə dostluq qrupunun yaradılması müzakirə olunur. Dostluq qrupu tezliklə yaradılacaq. 

Вид на город Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gürcüstanlı nazir: "Azərbaycanın Açıq hökumətə üzvlüyü vacibdir"

Hacıyev bildirib ki, parlamentlərarası dostluq qruplarının yaradılması, deputatların mütəmadi səfərlərinin təşkili, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi, parlamentlərarası beynəlxalq qurumlarda birgə əməkdaşlıq iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.

Parlamentin digər deputatı Tamaz Naveriani Gürcüstan parlamentində belə bir qrupun yaradılmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan bizim strateji tərəfdaşımızdır. İki ölkənin parlamentləri arasında dostluq qruplarının yaradılması qarşıda duran əsas məqsədlərimizdən biridir. Azərbaycan parlamentində belə bir qrup var. Gürcüstan parlamentində bununla əlaqədar iş gedir və dostluq qrupu tezliklə fəaliyyətə başlayacaq. İnanıram ki, parlamentlərarası dostluq qrupları təkcə qanunverici orqanlar arasında deyil, bütövlükdə dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

Xəbər lenti
0