Ərdoğan: "Əl-Bab mühasirəyə alınıb"

© REUTERS / Murat Cetinmuhurdar/Presidential Palace/HandoutTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Əl-Bab mühasirəyə alınıb, növbəti hədəf İŞİD-in "paytaxtı" Rəqqadır"

BAKI. 12 fev — Sputnik. Suriyanın İŞİD terror qruplaşması tərəfindən işğal olunmuş Əl-Bab şəhəri mühasirəyə alınıb və Türkiyə ordusu və onun müttəfiqlərinin növbəti hədəfi İŞİD-in "paytaxt" adlandırdığı Rəqqa şəhəridir.

Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda Əl-Babda döyüşlər gedir.

"Strateji cəhətdən əhəmiyyətli olan şəhər xəstəxana kompleksinin terrorçulardan təmizlənməsindən sonra şəhərin tam olaraq azad olunması yaxın zamanın məsələsidir. Terrorçular şəhəri tərk edirlər" — o bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə Suriyada 4-5 min kvadrat kilometrlik təhlükəsizlik zonasının yaradılması üçün əlindən gələni edir.

Xəbər lenti
0