BAKI, 12 fev — Sputnik. Almaniyanın keçmiş xarici işlər naziri, sosial-demokrat Frank-Valter Ştaynmayer ölkənin prezidenti seçilib.
Almaniya prezidentini Federal Məclis seçir. Federal Məclis 630 nəfər Bundestaq üzvündən və 630 nəfər federal torpaqların nümayəndələrindən ibarətdir.
İlk turda seçilmək üçün Ştaynmayerə 631 səs lazım idi. Səs verənlərin 931 nəfəri onun namizədliyini dəstəkləyib. Səsvermədə 1239 nəfər iştirak edib.
Hazırkı prezident İoahim Hauk namizədliyini irəli sürməyib. Hauk bu addımını yaş amili ilə izah edib.