Şəhid olmuş hərbi qulluqçumuz Xaçmazda torpağa tapşırıldı

© Photo : APAŞəhid məzarı. Arxiv şəkli
Şəhid məzarı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn edilib

BAKI, 12 fev-Sputnik. Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn edilib.

Şəhid Çingiz Qurbanov - Sputnik Azərbaycan
QARABAĞ
Sərhədi keçən erməniləri təqib edərək 3 nəfəri öldürdü, birini yaraladı

Sputnik Azərbaycan-ın məlumatına görə, dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yaylım atəşindən sonra şəhid Fuad Qafarov köhnə Xaçmaz qəbiristanlığında dəfn edilib. Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Xatırladaq ki, Azərbaycan ordusu növbəti şəhidini verib. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən, atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib və səbr diləyir!

 

Xəbər lenti
0