BAKI, 11 fev — Sputnik. Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb. Sputnik Azərbaycan-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.
Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəbli dərhal keçinib.
Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib.