BAKI, 11 fev — Sputnik. Türkiyədə Ali Seçki Qurumu (YSK) prezident-üsul idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliyi ilə əlaqədar referendumun 16 aprel — bazar günü keçirilməsinə qərar verib.
Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, YSK sədri Sədi Güvən keçirdiyi mətbuat konfrnasında bunu açıqlayıb.
Sədi Güvənin verdiyi məlumata görə, Türkiyədə seçici sayı 55 milyon, xaricdə isə 2.9 milyon nəfərdir.