BAKI, 11 fev — Sputnik. Donald Tramp Təl-Əvivdəki ABŞ səfirliyini Qüdsə daşımağı ciddi şəkildə düşündüyünü söyləyib. Sputnik Azərbaycan “akşam”-a istinadla xəbər verir ki, İsrailin "Hayom" qəzetinə müsahibə verən ABŞ prezidenti Donald Tramp qeyri-qanuni yəhudi məskunlaşmaları və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıb.
Tramp bununla bağlı plan üzərində çalışdığını və asan bir qərar olmadığını deyib.
ABŞ prezidenti ayrıca, qeyri-qanuni yəhudi məskunlaşmalarının inşasının sülh üçün yaxşı olmadığını bildirib.