Şahpəri Abbasova, Sputnik Azərbaycan
Şəkidə fərdi yaşayış evində yanğın olub. Yanğın ötən gün axşam saatlarında rayonun Qoxmuq kəndində, kənd sakini Kamil Nurəhməd oğlu Yahyəyevə məxsus, ümumi sahəsi 90 kv/m olan birmərtəbəli iki otaq və aynabənddən ibarət fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının qarşısı dərhal alınıb. Yanğın zamanı evin bir otağının 28 kv/m-lik sahəsində tavan hissəsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son zamanlar qazla ehtiyatsız davranma və elektrik naqillərində qısa qapanma səbəbindən sözügedən bölgədə xeyli sayda yanğın hadisəsi qeydə alınıb. FHN dəfələrlə xəbərdarlıq etsə də, əhali yanğın təhlükəsizliyinə dair tələblərə ciddi riayət etmir.