CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

© Sputnik / StringerМинистерство обороны Азербайджанской Республики
Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri Zakir Həsənov cəbhə xəttində yaranmış son vəziyyətin təhlilini apararaq qarşıda duran vəzifələri xüsusi qeyd edib

BAKI, 11 fev — Sputnik. Fevralın 11-də Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Nazir cəbhə xəttində yaranmış son vəziyyətin təhlilini apararaq qarşıda duran vəzifələri xüsusi qeyd edib. 

Министр обороны АР Закир Гасанов проверил подготовку подразделений на передней линии - Sputnik Azərbaycan
QARABAĞ
Müdafiə naziri ön xəttə yollanıb

General-polkovnik Z.Həsənov bütün kateqoriyalardan olan komandir və rəis heyətinə xidməti döyüş fəaliyyətinin artırılması, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq göstərişlər verib.

Müşavirədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi işinin qəhrəmanlıq nümunələrinə əsaslanaraq həyata keçirilməsi, hərbi qulluqçuların Vətənə, dövlətə misilsiz sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd olunub.

Müdafiə naziri cəbhə xəttində düşmənin fəaliyyətinin daim izlənilməsi, bütün istiqamətlərdə hərbi üstünlüyün və təşəbbüsün əldə saxlanılması, o cümlədən düşmən təxribatlarına qarşı dərhal və təsirli tədbirlərin görülməsi ilə bağlı müşavirə iştirakçıları qarşısında tapşırıq qoyub.

Xəbər lenti
0