BAKI, 11 fev — Sputnik. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) idarə heyətinin üzvü Daniel Tarullo vəzifəsindən istefa verib. Sputnik Azərbaycan bloomberg-ə istinadla xəbər verir ki, FED-in maliyyə aktlarına məsul olan ən üst səviyyə idarəçisi Tarullonun istefası, Trampın maliyyə tənzimlənməsinin zəiflədilməsi ilə bağlı fərmanından bir həftə sonra baş verib.
FED-dən verilən yazılı açıqlamaya görə, Daniel Tarullo bu ilin aprelin 5-də işindən ayrılmağı ilə bağlı ərizə verib.
Tarullo FED-in yoxlama və tənzimləmə komitəsinin sədridir. O, 2008-ci il maliyyə böhranından sonra Amerika maliyyə sistemini möhkəmləndirmək üçün həyata keçirilən islahatın hazırlanmasına rəhbərlik edib.
Vəzifə müddəti 2022-ci ildə bitəcək Tarullonun istefası, Trampın ölkədəki maliyyə tənzimlənməsinin zəiflədilməsinə yönələn addımından bir həftə sonra gəlib.
FED-in idarə heyətinin mövcud üzvləri, o cümlədən Daniel Tarullo ABŞ-ın 44-cü prezidenti Barak Obama tərəfindən seçilmişdi.
Qeyd edək ki, FED-in idarə heyəti üzvlərinin ABŞ prezidenti tərəfindən namizəd göstərildikdən sonra Senatda təsdiqlənməsi lazımdır.