Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şöhrətə toxunuş: azərbaycanlı qız Hollivud ulduzlarının əhatəsində

© Photo : Ülkər Ələkbərovanın şəxsi arxiviÜlkər Ələkbərova və Nikol Kidman
Ülkər Ələkbərova və Nikol Kidman - Sputnik Azərbaycan
Abunə olmaq
"Kino tənqidçisi üçün vacibdir ki, insanlar bütün müsbət və mənfiləri görmək üçün kinoya onun prizmasından baxsınlar"

BAKI, 11 fevral — Sputnik. Dünyanın müxtəlif guşələrində bizim istedadlı soydaşlarımız yaşayır. Onlardan biri də uzun illərdir Kanadada yaşayan və işləyən kino tənqidçisi Ülkər Ələkbərovadır. O, Qərbin kinematoqrafiya dairələrində kifayət qədər məşhur olan Let the movie move US saytının təsisçisi və redaktorudur. O, Sputnik Azərbaycan-a məşğul olduğu iş və Hollivud ulduzları barədə danışıb. 

- Ülkər, Amerikadakı həyatınızdan bizə danışın. Siz niyə ora getmək qərarına gəldiniz? 

— Bunun səbəbləri çoxdur. Baxmayaraq ki, Bakı öz-özlüyündə möhtəşəm şəhərdir, amma mənə hər şeydən çox istədiyimi verə bilmədi. Mənim böyük bacım artıq uzun illərdir Kanadada yaşayır və həmişə məni öz yanına çağırırdı. O, ailə birliyimizi çox istəyirdi. 

© Photo : Ülkər Ələkbərovanın şəxsi arxiviKino tənqidçisi Ülkər Ələkbərova və aktyor Xyu Qrant
Kino tənqidçisi Ülkər Ələkbərova və aktyor Xyu Qrant - Sputnik Azərbaycan
Kino tənqidçisi Ülkər Ələkbərova və aktyor Xyu Qrant

- Amerikalılar bizim ölkəmiz və mədəniyyətimiz haqqında nəsə bilirlər? 

— Kanadalılar Azərbaycan haqqında çox az şey bilirlər. Çoxları hətta belə bir ölkənin olduğunu bilmirlər. Amma kino sənayesində böyük əksəriyyət Bakı haqqında eşidib və bilir. Onların bəziləri hətta bizim şəhərdə olublar və həmişə onun haqqında heyranlıqla danışırlar. Mədəniyyəti haqqında da həmçinin. Hərdən onlara bizim milli rəqslərimizdən ibarət videonu göstərirəm. Yaxşı ki, Youtube var. Hər il işlədiyim bankda məndən hindlilərin Divali bayramında bizim milli paltarı geyinməyi xahiş edirlər. Təəssüf ki, elə paltarı Kanadada tapmaq asan deyil. 

- Bakıda çoxdan olmusunuz?  

— Mən Bakıda dörd il əvvəl olmuşam. Düşünürəm ki, Azərbaycan tezliklə ikili vətəndaşlıq məsələsinə baxmalıdır. Nə qədər ki ikili vətəndaşlıq məsələsi dövlət tərəfindən dəstəklənmir, mənim Bakını ziyarət etmək arzum yerinə yetməyəcək. Çünki mən artıq Kanada vətəndaşıyam və vətənə gəlmək üçün viza almalıyam.  

- Bizə xoşdur ki, bir azərbaycanlı qısa müddətdə Amerikada belə böyük uğurlar əldə edib. Sizin adınız artıq yüksək kinematoqrafiya dairələrində məşhurdur. Buna necə nail olmusuz və filmlərə belə maraq sizdə haradandır? 

— Hər şey mənim və ailəmizin heyranı olduğu “Santa Barbara” serialından başladı. Mən heç bir epizodu buraxmırdım. Üstəgəl, “Çarli Çaplinin qısametrajlıları”, “Kasablanka”, “Roma tətilləri” və s. kimi çoxlu ağ-qara filmlərə baxmışam. Bütün bu filmlər dünyada ən çox sevdiyim işi görmək üçün özülü formalaşdırıb. Mən sadəcə filmlərə baxmıram, həm də onlar haqqında yazıram. Mən bilmirəm, hansı dairələrdə adım məşhurdur, amma ümid edirəm ki, böyük nəticələr əldə etmişəm. Hazırda daha çox diqqətimi rəylərin və müsahibələrin keyfiyyətini yaxşılaşdırmaq üzərində cəmləşdirmişəm. İstəyirəm ki, insanlar filmlərə mənim baxdığım prizmadan baxsınlar. Ola bilər ki, bu, sizə və bir çox insana qəribə gəlsin, amma mənim üçün həyatda kinoteatrda oturub filmlərə baxmaqdan yaxşı heç nə yoxdur. 

© Photo : Ülkər Ələkbərovanın şəxsi arxiviKino tənqidçisi Ülkər Ələkbərova və aktyor Al Paçino
Kino tənqidçisi Ülkər Ələkbərova və aktyor Al Paçino - Sputnik Azərbaycan
Kino tənqidçisi Ülkər Ələkbərova və aktyor Al Paçino

- Amerikada və digər ölkələrdə sizin kimi özünü premyeralara və müsahibələrə həsr edən insanlar çoxdur. Siz və sizin saytınız başqalarından nə ilə fərqlənirsiz? 

— Yaxşı sualdır. İlk növbədə mənim saytım onunla fərqlənir ki, mən yazdıqlarıma görə pul almıram. Mənə heç kəs zəng edib onun hətta düşmənimə belə baxmağı arzulamadığım filmi haqqında müsbət rəy yazmağımı xahiş etmir. Öz vebsaytımda mən filmlər haqqında yazıram. Yaxşı, ya da pis, öz şəxsi mövqeyimi yazıram. Tez-tez sənədli filmlər haqqında yazıram. O filmlər haqqında ki, onları işıqlandırmağı lazımlı hesab edirəm. Adətən siyasətdən yazmıram və sosial problemləri işıqlandırmıram. Amma xüsusilə o sənədli filmləri seçirəm ki, insanlar onların bilmədiyi problemləri biləcəklər. 

- Siz praktiki olaraq Amerikadakı bütün kinopremyeralarda iştirak edirsiz. Bunu necə çatdırırsınız? 

— Çalışıram Kanadada keçirilən bütün kino festivallarını işıqlandırım. Təəssüf ki, hamısına düşə bilmirəm, amma çalışıram. Bu yaxınlarda Yuta ştatında, Solt-Leyk-Sitidə "Sundance Film Festival"ı ziyarət etdim. Sadəcə inanılmaz hiss idi. Ümumiyyətlə, təşkilatçıların jurnalistlərlə necə davrandıqlarını sözlə ifadə etmək mümkün deyil. Yaxında meydana çıxacaq filmə kinoteatrlardan daha əvvəl baxmaq qeyri-adi hissdir. Bununla yanaşı, hər gün TV-də gördüyünüz insanlarla tanış olmaq mümkündür. Mən bunu necə edirəm, heç özüm də bilmirəm. Kino festivallarının media departamentləri müraciətləri qəbul edirlər, vebsaytları yoxlayırlar. Əgər onlar hesab edirlərsə ki, mənim vebsaytım kino festivalı üçün yararlıdır, mənim ərizəmi qəbul edirlər. Məsələ belədir. Amma mən daha çox festivalı ziyarət etmək istəyirəm. Düşünürəm ki, gələn il  Nyu Yorkdan başlayacam, sonra Kann festivalına gedəcəm. 

© Photo : Ülkər Ələkbərovanın şəxsi arxiviKino tənqidçisi Ülkər Ələkbərova və aktyor Ben Stiller
Kino tənqidçisi Ülkər Ələkbərova və aktyor Ben Stiller - Sputnik Azərbaycan
Kino tənqidçisi Ülkər Ələkbərova və aktyor Ben Stiller

- Sizin demək olar ki, dünyanın bütün məşhur aktyorları ilə şəkilləriniz var. Siz onların çoxu ilə ünsiyyətdə olmusuz. Onlar sizinlə necə rəftar edirlər?

— Onlarla ünsiyyət çox əyləncəlidir. Amma jurnalistlər onlarla şəkil çəkdirmək imkanından yararlanmaq istəyəndə, bundan xoşları gəlmir. Mən artıq onlarla şəkil çəkdirməyi dayandırmışam. Onlarla daha çox ünsiyyətdən zövq alıram. İş orasındadır ki, aktyorluq sənəti çətindir. Elə alınıb ki, onlar bizdən daha çox diqqət mərkəzindədirlər. Ona görə də, onlarla görüşəndə şəxsi həyatlarını müzakirə etmək yox, daha çox işləri ilə maraqlanmaq onları şad edir. Mənim Naomi Uotts, Mark Ruffalo, Elizabet Olsen, Antonio Banderas, Tom Hiddlston, Pol Verhoven, hətta “Oskar” nominantı İzabel Yupperlə danışmaq imkanım olub. Və sizə düzünü deyəcəm ki, onların hamısı gözəl duyğuları olan, ağıllı, enerjili insanlardır və öz işlərini sevirlər. 

- Siz daha kiminlə danışmaq istəyərdiz?   

— Nikol Kidmanla. Ondan müsahibə götürməyi arzulayıram. O, ağıllı, əzmkar, möhtəşəm və mənim ən çox sevdiyim aktrisadır. 

- Siz həm də film ssenariləri üzərində işləyirsiz. Siz onları Kanadada ekranlaşdıra biləcəyinizə inanırsınız? 

Amerikalı aktyor və prodüser Stiven Siqal - Sputnik Azərbaycan
RUSİYA
Daha bir Hollivud ulduzu Rusiya vətəndaşlığını qəbul edib

— Ssenariləri ekranlaşdırmaq asan məsələ deyil. Mən artıq onu yazıb qurtarmışam. Doğrudur, onu bir neçə dəfə yenidən yazmaq lazım gəlib. Bu ilin aprelində onu Amerikada ssenari müəlliflərinin müsabiqəsinə təqdim edəcəyəm. Əgər ssenari xoşlarına gəlməsə belə, onlar adətən rəy göndərirlər ki, bu da yeni başlayan ssenari müəllifləri üçün çox faydalı olur. Ən əsası da odur ki, material maraqlı olsun. Bundan sonra mənim bəzi planlarım var. Mən hələlik onlar barədə danışmaq istəmirəm. Mənim dostlarım var ki, onlar ssenarilərimlə necə irəli getmək barədə öz məsləhətləri ilə mənə kömək edə bilərlər. 

- Başqa hansı planlarınız var? 

— Hazırda mənim planlarıma "Tribeca Film Festival"ı ziyarət etmək daxildir və Torontoda sənədli film festivalında iştiraka hazırlaşıram. Həmçinin mənim arzum var ki, gözəl günlərin birində Bakıya gəlim, özü də təkcə o gözəl şəhəri görmək üçün deyil, həm də nə vaxtsa Azərbaycanda açılacaq kino festivalını ziyarət etmək üçün.

Xəbər lenti
0