Səfir: "Azərbaycan Yunanıstanın səhvlərindən nəticə çıxarmalıdır"

© Sputnik / Murad OrujovYunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas
Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas - Sputnik Azərbaycan
Abunə olmaq
Yunanıstan Bakıdakı səfiri: "Bizim səhvlərimiz Azərbaycanda da yaşanır"

BAKI, 10 fev – Sputnik. “Yunanıstanda böhran davam edir. Yunanıstanın da başqa ölkələr kimi səhvləri olub və bu səhvlər bu gün özünü göstərməkdədir”. Sputnik Azərbaycan-ın məlumatına əsasən, Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas belə bir bəyanatla çıxış edib. 

Səfirin sözlərinə görə, Yunanıstan öz səhvlərini düzəltməyə çalışır: “İfrat israfçılıq, əhaliyə kütləvi kreditlər verilməsi, əmək haqqının yüksək olması cəmiyyətin daha yaxşı yaşamasını təmin edirdi. Nəticə olaraq bu böhrana çevrildi. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu. Lakin vəziyyət düzəlməlidir. Yunanıstanda səlahiyyətli şəxslər bu problemlərə qarşı ölçülər götürür və tədbirlər görürlər. Bu tədbirlər maaşların azaldılması və vergilərin artırılmasıdır. Bu da xalqın yaşayış tərzinə öz mənfi təsirini göstərir. İşsizlik, gündəlik problemlər həddən artıq çoxdur”.

Səfir bildirib ki, bu problemlər yunanların əhval-ruhiyyəsinə təsir etmir: “Biz hər zaman gülərüzük və stəkanın dolu hissəsini görürük. Şərait yavaş-yavaş düzəlir. Eyni səhvlər Azərbaycanda da yaşanır. Yaxşı olardı ki, bizim halımıza düşməmək üçün Azərbaycan səhvlərimizdən nəticə çıxarsın”.

Xəbər lenti
0