BAKI, 10 fev — Sputnik. Türkiyənin Baş naziri Binəli Yıldırımla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında telefon danışığı olub. Sputnik xəbər verir ki, tərəflər hərbi sahədə əməkdaşlıq, terrorla mübarizədə müttəfiqlik və iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə ediblər.
Mayk Pens terrorla mübarizədə Türkiyənin yanında yer alacaqlarını deyib. O, Türkiyə-ABŞ əlaqələri üçün "yeni bir gün başlayır" ifadəsini işlədib. Öz növbəsində Binəli Yıldırım, Amerikanın yeni rəhbərliyi ilə yaxın münasibətlər qurmağı arzu etdiklərini bildirib.