Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Təhlükə ilə üz-üzə qalan tarixi abidə

Abunə olmaq
Ölkəmizin müxtəlif bölgələrində qədim alban tarixinin izini daşıyan məbədlər var. Oğuz rayonu ərazisindəki qədim alban məbədləri tarixə qovuşmaq üzrədir.

Rayonun mərkəzində yerləşən, 6-cı əsrə aid alban məbədi yaxın vaxtlara qədər Oğuzda yaşayan udinlərin ibadət yeri idi. Ancaq son illər baxımsızlıqdan həmin abidə uçmaq təhlükəsi altındadır.

Baxımsızlıqdan uçub-tökülmək təhlükəsi ilə üz-üzə qalan tarixi Məbədin divarları aşınıb, dam örtüyü bərbad vəziyyətdədir. Əslində, son 25 ildə abidə iki dəfə restavrasiya olunub. Birinci dəfə bərpa işləri aparılanda sadəcə dam örtüyü yenilənib, ikinci dəfə isə məbədin içəri hissəsini təmir ediblər. Ancaq kaş etməyəydilər.

Mədəniyyət və Turizm Nazirliyindən məsələni diqqət mərkəzində saxladıqları bildirilsə də, hələlik ortada real iş yoxdur.

Xəbər lenti
0