CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Tarif Şurasına 15 gün vaxt verdi

Abunə olmaq
Tarif Şurası test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən etməlidir

BAKI, 10 fev — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən məlumat verir.

Sərəncam Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə verilib.

Sərəncama görə, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Xəbər lenti
0