BAKI, 10 fev — Sputnik. Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq aidiyyatı üzrə təhvil verilib.
Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.