Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekpert: “NATO bu formatda fəaliyyət göstərə bilməyəcək”

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Sadıxov: “Tramp heç vaxt Amerikanın strateji maraqlarından imtina etməz”

Fikrət Sadıxov: “Trampın əsas məqsədi Amerikanın prioritetlərini təzələməkdir”
Donald Trump NATO-ya üzv olan ölkələrin mayda keçiriləcək iclasında iştirak etməyə  razılıq verib. Ağ Evdən verilən məlumatda qeyd olunub ki, Amerika lideri NATO baş katibi Yens Stoltenberq ilə telefon danışığı əsasında iştiraka razı olduğunu bildirib. Ekspert Fikrət Sadıxov deyir ki, Trampın NATO, Rusiya və terrorizmlə bağlı qeyri-adekvat bəyanatları var: “Reallıq ondan ibarətdir ki, Tramp heç vaxt Amerikanın stratejik maraqlarından imtina etməyib. Onun əsas məqsədi prioritetləri təzələmək, yeni formata salmaqdır”.

“O, bəyan edib ki, NATO lazımlı hərbi-siyasi blokdur, lakin zəifləyib. Ona bir sıra yeni funksiyalar əlavə etmək, yeniləşdirmək lazımdır. Güman edirəm ki, mayda keçiriləcək görüşdə bu məqamlar səslənəcək” — deyə o bildirib.

Xəbər lenti
0