BAKI, 10 fev — Sputnik. Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs 12-14 fevral tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə Sputnik Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Səfər çərçivəsində Edqars Rinkeviçsin Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
XİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən digər məlumatda isə Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin də Azərbaycana rəsmi səfər edəcəyi bildirilir.
Gürcüstanın xarici işlər nazirinin Azərbaycana səfəri 12-13 fevral tarixlərində reallaşacaq.
Səfər çərçivəsində Mixeil Canelidzenin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.