CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İpoteka kreditlərinin dayandırılmasına aydınlıq gətirildi

© Photo : GETTY IMAGESİpoteka krediti. Arxiv şəkli
İpoteka krediti. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABB: Sərt monetar siyasət makroiqtisadi sabitliyin təmin olunması üçün zəruridir

BAKI, 9 fev — Sputnik. Azərbaycan Beynəlxalq Bankı (ABB) bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayandırıb. Bu barədə Sputnik Azərbaycan-a bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli məlumat verib.

© facebook Yadigar CəfərliYadigar Cəfərli
Yadigar Cəfərli - Sputnik Azərbaycan
Yadigar Cəfərli

O, ABB-nin ipoteka kreditlərinin verilməsini dayandırmasının səbəbini belə izah edib: "Bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamüddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı irrasional qərar olardı. Gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər".

Bankdan o da bildirilib ki, mənzil krediti layihəsi çərçivəsində ABB ilə əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür.

Xəbər lenti
0