Fransada AES-də partlayış olub

© REUTERS / Benoit TessierFransada Flamanvil Atom Elektrik Stansiyası, arxiv şəkli
Fransada Flamanvil Atom Elektrik Stansiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Hadisə nəticəsində havaya radioaktiv maddə atılması təhlükəsi yoxdur və yanğın atom reaktorları zonasına keçməyib

BAKI, 9 fev – Sputnik. Fransada Flamanvil Atom Elektrik Stansiyasının maşın zalında partlayış baş verib. Sputnik Azərbaycan bu barədə Ouest France-yə istinadən məlumat verir. 

Məlumata əsasən, hadisə nəticəsində havaya radioaktiv maddə atılması təhlükəsi yoxdur və yanğın atom reaktorları zonasına keçməyib.

Partlayış 5 nəfərin zəhərlənməsinə səbəb olub.

İlkin məlumata görə, partlayışa qısaqapanma səbəb olub. Tibb işçiləri, xilasedicilər və yanğınsöndürənlər hadisə yerindədirlər.

Hadisədən sonra nüvə reaktorlarından birinin işi dayandırılıb.

Xatırladaq ki, 2012-ci ilin 25 oktyabrında Flamanvil AES-də reaktorlardan birində radiasiya sızması baş vermişdi.

Xəbər lenti
0