Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Avropa İttifaqının əsas məqsədi Türkiyəni çərçivəyə salmaqdır”

Abunə olmaq
Toğrul İsmayıl: “Türkiyə Ərdoğan liderliyində Avropanın çərçivəsindən kənar hərəkət edir”

Toğrul İsmayıl: “Aİ PKK-nı terror təşkilatı kimi tanısa da, bu gün Avropa Parlamenti koridorlarında təşkilatın bayraqları və rəsmləri yer almaqdadır”
“Dünənə qədər Ərdoğanı yerə-göyə sığdırmayan Qərb, birdən-birə onu tənqidə başladı? İndi bəhanə etdikləri problemlər dünənə qədər də var idi. İndi nə oldu ki, Avropa vaxtilə görməzdən gəldiyi şeyləri üzə vurmağa başladı? Niyə? Çünki Avropa İttifaqının əsas məqsədi Türkiyəni çərçivəyə salmaqdır” — bu fikirləri Sputnik Azərbaycan-a açıqlamasında Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru Toğrul İsmayıl deyib.  

Ekspertin fikrincə, Türkiyə Ərdoğan liderliyində Avropanın çərçivəsindən kənar hərəkət edir: “Xüsusilə, Yaxın Şərq məsələsində rəsmi Ankaranı idarə edə bilmirlər. Həmçinin, Rusiya ilə yaşanan böhran anidən bitirildi. Suriya ilə bağlı iki dövlət önəmli qərarlar aldı. Bu isə Avropanın, Qərbin xoşuna gəlmədi. Qərbin dünənə qədər öyrəşdiyi itaətkar Türkiyə artıq yoxdur”.  

“PKK məsələsində Avropanın sərgilədiyi mövqeyə də baxmaq lazımdır. İttifaq PKK-nı terror təşkilatı kimi tanısa da, bu gün Avropa Parlamenti koridorlarında təşkilatın bayraqları və rəsmləri yer almaqdadır. Bundan başqa, 15 iyul hərbi çevrilişinə cəhddə təqsirləndirilən 40-a yaxın hərbçi Almaniyaya sığınıb. İndi siz bunun tərsini düşünün. Əgər Almaniyada hərbi çevrilişə cəhd edənlər Türkiyəyə sığınsaydılar, nə olardı? İnanın, qiyamət qopardı. Son olaraq Yunanıstanın davranışına baxın. Onlara sığınan xuntaçı hərbçiləri geri qaytarmaq istəmirlər” — deyə Toğrul İsmayıl bildirib.

Xəbər lenti
0