CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə bankları aktiv spekulyasiyaya girişib

© Sputnik / Murad OrujovМанат на плаву
Манат на плаву - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: “Cəmiyyətdə süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir”

BAKI, 9 fev — Sputnik. “Tam üzən məzənnəyə keçidin mənfi fəsadlarından biri özünü göstərməkdədir. Söhbət spekulyasiyadan gedir. Artıq spekulyasiyanın nəticəsi olaraq dollar sünu sürətdə ucuzlaşdırılır. Banklar vəziyyətdən sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıblar”.

Bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev öz facebook səhifəsində son günlər ölkəmizdə dollar ətrafında cərəyan edən situasiyanı şərh edərkən bildirib. 

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Samir Əliyev, iqtisadçı-ekspert

O xatırladıb ki, rəsmi məzənnə 1 dollar üçün 1,82 manat olduğu halda alış qiyməti 10% ucuz — 1,65 manata endirilib. Satış isə ən çoxu 4% bahadır. Bankların satdığı dolların spredi (alış ilə satış arasındakı fərq) 3%-dən 15%-ə qədər dəyişir. Yəni ən az qazanan bank 3%, ən çox qazana bank isə 15% qazanır. Ortalama bankların gündəlik qazancı 7-9% arasında dəyişir. 

Mərkəzi Bankın rəsmi məlumatına əsasən, ölkə üzrə gündəlik dollar alışı 7-8 milyon, satışı isə 8-10 milyon dollar arasında dəyişir. Bu göstərici illər üzrə dəyişir və 2014-2016-cı illərdə kəskin artıb. 2015-ci ildə özünün pik həddinə çatıb.

“İndiki spred əsasında bankların dövriyyəsini hesablasaq görərik ki, banklar gündəlik aşağı qiymətə aldığı 7-8 milyon dolları baha qiymətə satdıqda təxminən 500-700 min dollar arası qazanc əldə edirlər. Banklarda aldıqlarından əlavə 1-2 milyon dollar satırlar və qazanclarını daha da artırırlar” – deyə Əliyev bildirib. 

Ekspert qeyd edib ki, göründüyü kimi banklar aktiv spekulyasiyaya girişiblər. 

“Cəmiyyətdə süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə müşahidə mövqeyi tutublar. Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda isə iqtisadiyyat itirir” – Samir Əliyev əlavə edib. 

Xəbər lenti
0