ELM

"Tarixi-Nadir"i oxumaq istəyənlərə müjdə

© Sputnik / Rahim ZakiroğluMasallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı - Sputnik Azərbaycan
Abunə olmaq
“Tarixi-Nadir” əsəri fars dilindən tərcümə edilərək çapa hazırlanır

BAKI, 8 fev — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVIII əsr Azərbaycan alimi Mirzə Mehdi Xanın “Tarixi-Nadir” əsəri fars dilindən Azərbaycan dilinə tərcümə edilərək çapa hazırlanır. Əsəri dilimizə tarix üzrə fəlsəfə doktoru Rəna Məmmədova çevirib. Bu barədə Sputnik Azərbaycan AZƏRTAC-a istinadən məlumat verir.

Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov bildirib ki, nəşrdə Nadir şahın müasiri və saray tarixçisi olmuş Mirzə Mehdi Xanın görkəmli hökmdar və sərkərdənin həyat və fəaliyyəti barədə maraqlı məlumatları əksini tapıb.

Xəbər lenti
0