Çar generalının qətli və ya "sonunu fikirləşən qəhrəman olmaz"

Abunə olmaq
Rəvayətə görə, Sisianovu qətlə yetirən İbrahim xan "sonunu fikirləşən qəhrəman olmaz" deyərək hadisə yerini tərk edib

BAKI, 8 fev — Sputnik. 1806-cı il fevralın 8-də Çar Rusiyasının Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş gürcü əsilli general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib.

Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən xanın qardaşı oğlu İbrahim xan tərəfindən öldürülüb. Qətl hazırkı Qöşa Qala qapıları yaxınlığında həyata keçirilib.

Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi. 1813-cü ildə (Gülüstan müqaviləsi) Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi.

Xəbər lenti
0