BAKI, 8 fev — Sputnik. Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze fevralın 12-də Azərbaycana səfər edəcək.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, iki gün davam edəcək səfər çərçivəsində gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.
Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.