BMT Baş katibindən yəhudiləri qəzəbləndirəcək açıqlama

© AP Photo / Mary AltafferВерховный комиссар ООН по делам беженцев Антонио Гутеррес
Верховный комиссар ООН по делам беженцев Антонио Гутеррес - Sputnik Azərbaycan
Abunə olmaq
Antonio Quterres: "Bu qərar beynəlxalq qanunvericiliyin pozulmasıdır və onun yaradacağı ciddi fəsadlar İsrailə mütləq mənfi təsir göstərəcək"

BAKI, 8 fev — Sputnik. "Fələstinlilərə aid ərazilərdə yəhudi məskənlərinin salınması beynəlxalq qanunvericiliyin pozulmasıdır". Sputnik Azərbaycan BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Antonio Quterres jurnalistlərə açıqlamasında deyib.

Donald Trampın sözçüsü Sen Spayser - Sputnik Azərbaycan
Donald Trampın müavininin bu sözləri İsraili qəzəbləndirəcək

O, İsrail parlamentinin Fələstin torpaqlarında yaşayış məskənləri inşa edilməsini leqallaşdıran qərar verməsini beynəlxalq qanunvericiliyin pozulması adlandırıb: "Bu qərar beynəlxalq qanunvericiliyin pozulmasıdır və onun yaradacağı ciddi fəsadlar İsrailə mütləq mənfi təsir göstərəcək".

Baş katib rəsmi Təl-Əvivi "iki dövlətli həll" planına təsir edə biləcək hər hansı təxribatlardan çəkinməyə çağırıb. Xatırladaq ki, İsrail parlamenti işğal etdiyi Fələstinin torpaqlarında yəhudi məskənləri salınması prosesinin qanuniləşməsi haqqında qanun qəbul edib.

Xəbər lenti
0